Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Müasir pinqvinlər Avstraliya və Yeni Zelandiya mənşəlidir

Müasir pinqvinlər Avstraliya və Yeni Zelandiya mənşəlidir Hadisə

Müasir pinqvinlər Avstraliya və Yeni Zelandiya mənşəlidir

Berkeleydəki Kaliforniya Universitetinin tədqiqatçıları aşkar ediblər ki, müasir pinqvinlər elmi cəmiyyətdə uzun illər ərzində hesab edildiyi kimi, Antarktida deyil, Avstraliya və Yeni Zelandiya mənşəlidir.

Bütün dünya üzrə muzeylər və universitetlərlə əməkdaşlıq çərçivəsində keçirilmiş tədqiqatda 18 növ pinqvinin qan və toxuma nümunələri təhlil edilib. AZƏRTAC nat-geo.ru saytına istinadla xəbər verir ki, alimlər bu genomik məlumatdan zaman çərçivəsində geriyə nəzər salmaq, minilliklər ərzində pinqvinlərin hərəkət etmələrini və müxtəlifliyini izləmək məqsədilə istifadə ediblər.

Tədqiqatçılar müəyyənləşdiriblər ki, pinqvinlər 21,9 milyon il əvvəl Avstraliya və Yeni Zelandiyada yaranıb. Sonra kral və imperator pinqvinlərinin əcdadları (Aptenodytes) oradan ayrılıb və güman ki, çoxlu qida ehtiyatı ilə cəlb edən Antarktika sularına köçüblər.

Bu məlumatlar kral və imperator pinqvinlərinin bütün digər pinqvinlər xətlərinə münasibətdə “qohum qrupu” olduqları barədə nəzəriyyəni də təsdiq edir. Həmçinin onlar bu iki növün genealoji ağacda konkret olaraq harada yerləşdiyi barədə çoxdan müzakirə olunan tapmacaya daha bir fraqmenti əlavə edir. Bundan sonra Adeli (P. adeliae), eləcə də antarktik (P. antarcticus) və subantarktik (P. papua) pinqvinlərinin aid olduğu Pygoscelis cinsinin əcdadları oxşar yolu tutublar.

Sonralar - təxminən 11,6 milyon il əvvəl, Antarktida və Cənubi Amerikanın cənub qurtaracağı arasında yerləşən Dreyk boğazı tamamilə açılıb. Bu, pinqvinlərə Cənub okeanında üzməyə və subantarktik adalara, eləcə də Cənubi Amerika və Afrikanın daha isti sahilyanı rayonlarına daha geniş yayılmağa imkan verib. Beləliklə, daha çox istilik sevən iki növün diversifikasiyası baş verib: Spheniscus + Eudyptula və Megadyptes + Eudyptes.

İqlim rekonstruksiyalarına görə, hazırda mövcud olan bütün pinqvinlərin əcdadlarının vətəni çox sərin bir yer olub. Dəniz səthinin maksimal temperaturu təxminən doqquz dərəcə Selsi təşkil edirdi. Bu, indiyə qədər bəzi növ pinqvinlərin hələ də yaşadığı, hazırkı Subantarktikanın iqliminə uyğundur.

Tədqiqat, pinqvinlərin dəyişən iqlimə uyğunlaşmaq qabiliyyəti və onların müasir iqlim böhranı şəraitində üzləşdikləri təhlükə ilə əlaqədar məsələyə aydınlıq gətirib.