BDYPİ: Yağışlı hava yollarda diqqət, məsuliyyət və səbr tələb edir Hadisə

BDYPİ: Yağışlı hava yollarda diqqət, məsuliyyət və səbr tələb edir

Yağışlı hava yollarda diqqət, məsuliyyət və səbr tələb edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib.

Qeyd olunub ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən yağışlı və çiskinli hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir:

"Belə hava şəraitində yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və tormoz məsafəsinin uzanması sürücülər və piyadalar üçün əlavə çətinliklər yaradır. BDYPİ sürücülərə müraciət edərək hava və yol şəraitinə uyğun olaraq ehtiyatlı hərəkət etməyi, sürət həddini azaltmağı, ara məsafəsini artırmağı və avtomobilin texniki sazlığını, xüsusilə işıq cihazları və şüşəsilənləri yoxlamağı xatırladır".

Vurğulanıb ki, eyni zamanda, piyadalar da belə hava şəraitində daha diqqətli olmalı, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməli, səki ilə hərəkət etməli və mümkün qədər açıq rəngli, işıq əks etdirici elementləri olan geyimlərə üstünlük verməlidirlər:

"Bu, onların yolda daha tez görünməsini və təhlükəsiz hərəkətini təmin edir. BDYPİ bir daha hərəkət iştirakçılarını ehtiyatlı olmağa, qaydalara əməl etməyə və hər addımda təhlükəsizliyi seçməyə çağırır"