Susan xəritə… Hadisə

Susan xəritə…

Tanınmış journalist, Litvanın www.slaptai.lt portalının rəhbəri Qintaras Visoskasın "Azərbaycanlılar Avropanın nə zaman ikili standart siyasətindən əl çəkəcəyini soruşurlar" məqaləsini qısa ixtisarla oxucularımıza təqdim edirik

Azərbaycanlıları nə narahat edir? - Bunu Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Bayram Səfərovdan soruşdum. Eyni sualı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının əlaqləndirmə şurasının sədri Orxan Əkbərovla söhbətdə də səsləndirdim. Dağlıq Qarabağın Azərbaycanlı icmasının üzvü, Bakı Musiqi Akademiyasının professoru Fərhad Bədəlbəyli ilə söhbətdə azərbaycanlıların Avropanın, eləcə də Litvanın ünvanına hansı iradları olduğunu soruşdum. Bu sualı Xocavənd rayon icra hakimiyyətinin başçısı, peşəkar hərbçi Eyvaz Hüseynovdan, erməni-rus aqressiyası zamanı iki oğlunu itirmiş, Xocavənd qaçqını Sevil Əzizovadan da soruşdum...
Azərbaycanlıların cavabları iki damcı su kimi bir-birinə oxşayır. Onlar əmindilər ki, Avropa tərəfsiz deyil: ermənilərin hətta şübhə doğurmayan cinayət əməllərinə belə çox mülayim və barmaqarası yanaşılır, eyni zamanda azərbaycanlıları haqlı olduqları məsələlərdə belə qınayırlar. Bizə - vicdanlı və prinsipial olmağa çalışan litvalılara azərbaycanlıların "ikili standart" deyəndə nəyi nəzərdə tutduğu haqda ciddi düşünmək lazımdır.
Dünya münaqişə, ədalətsizlik və qarışıqlıqla boldur. Çox arzulasa belə, Litva bütün incidilənlərin yanında olub, baş verən bütün mübahisə və ziddiyyətləri anlamaq iqtidarında deyil.
Amma azərbaycanlıların gileyinə qulaq asmaq pis olmazdı. Bir sözlə, - nadir hallardandır ki, neft və qazla zəngin müsəlman ölkəsi beynəlxalq müstəviyə çıxır və bütün Avropa ilə dost olmağa can atır. Elə bir ölkə ki, orta əsrlərdə bir qarış torpağı belə işğal etməyib. Heç kimi – nə qonşularını, nə Avropanı silahla hədələmir. Sadəcə torpaqlarını sülh yolu ilə qaytarmaq arzusundadır, o torpaqları ki, orta əsrlərdə deyil, cəmi cümlətanı 20 il bundan əvvəl işğal edilib.
Litva və Avropa Birliyi Azərbaycanı kənarlaşdırmaqla ağıllı iş görməzdilər. Təbii ki, Azərbaycanla Ermənistanın ərazi sahəsi bizi çox zaman aldadır. Xəritədə görürük ki, Azərbaycanın ərazisi Ermənistandan çoxdur. Bir çoxumuz fikirləşir ki, balaca Ermənistan çox arzulasa belə heç vaxt ərazicə özündən qat-qat böyük olan Azərbaycanı incidə bilməzdi.
Amma bunu bacardı. Axı xəritədə hiyləgər və məkrli Ermənistanı rus ordusunun dəstəklədiyi faktları qeyd olunmur. Xəritədə ötən əsrdə baş verən hadisələr – Fransa, Böyük Britaniya, Yunanıstan və çar Rusiyasının Osmanlı imperiyasının yerində yeni yaranmış türk dövlətini zəiflətmək üçün erməniləri müsəlmanlara qarşı vuruşmağa təhrik etməsi də qeyd olunmayıb.
Müsəlmanlara qarşı erməniləri silahlandırmaqla onlara kimsəsiz adada deyil, məhz türk və onlarla eyni millət olan azərbaycanlıların torpaqlarında öz dövlətlərini qurma haqqını tanıdılar.
Azərbaycanla erməni münaqişəsinin həqiqi səbəbləri barədə bu gün rus, ingilis, alman, hətta erməni və litva dillərində çox elmi işlər yazılıb.
Amma bu elmi işlərin çatışmayan cəhəti var. Əvvəla onlar geniş auditoriyaya üçün o qədər də əlçatan deyil. Onlarda çoxlu rəqəmlər, soyadlar, hadisələr, alışmadığımız şəhər adları, xəritələr var. Onları araşdırmaq üçün vaxt və güc lazımdır. Amma bu qloballama dövrünün insan beyninin informasiya bolluğunda itən zamanında litva oxucularının türklərlə azərbaycanlılar, eləcə də ermənilər arasındakı anlaşılmazlığın həqiqi səbəblərinin nə olduğunu öyrənmək üçün kütləvi surətdə axtarışa başlayacağına inanmaq sadəlöhvlük olardı.
Heç biz litvalılar özümüz qonşularımız – polyaklar və beloruslarla münasibətlərimizi axıradək ayırd etməmişik. Ona görə də də Azərbaycana aktual konflikti ümumləşdirilmiş və sadələşdirilmiş formada çap edib Litva oxucularına təqdim etmək lazımdır.
Hələlik Litva KİV-ində belə məlumat olmadığına görə öz fikirlərimi qısa şəkildə çatdıqmaq istəyirəm.
Hər şeydən öncə, Erix Fayqlın 2007-ci ildə çap olunmuş "Erməni mifi" kitabı haqqında bir neçə söz deyim. Deyəsən, mən onda müsəlmanların ermənilərə niyə bu qədər etibar etmədikləri haqda sualın cavabını tapmışam. Cavab çox vacibdir: müsəlman türklər onlarla birgə yaşayan ermənilərə ... türkün düşmənlərinə ... daim dəstək göstərirdilər. Ermənilərin türklərə düşmənçiliyi o zaman artdı ki, Osmanlı imperiyası və onun yerində yaranmış yeni türk dövlətinin çətin günləri başladı- ona Rusiya, Böyük Britaniya və Fransa birgə hücum etdi.
Həmin günlərdə ermənilər dərhal türkləri təqib edənlərin köməyinə gəldilər. Onlar türklərin rəqiblərinə təkcə maddi deyil, silahlı iğtişaşlar qaldırmaqla da dəstək verdilər. Ona görə də zamanla türklərin onları ölkənin dərinliklərinə sürgün etmək və güc yolu ilə sakitləşdirmək üçün yollar axtardıqları təəccüblü deyil.
Bəs xristian ermənilərin müsəlman türklər və azərbaycanlılara nifrət etmək üçün səbəbi varmı? Erix Fayql "Erməni mifi" kitabında yazır ki, o vaxtkı geniş Osmanlı imperiyasında erməni azlığı xüsusi hörmət və imtiyazlardan istifadə edirdi. Erməniləri milli və dini baxımından kimsə incitmirdi. Onlar işgüzar tacirlər kimi arzuolunan idilər. O zaman Osmanlı imperiyasına uzaqgörən, çevik və təşəbbüskar tacirlər çox lazım idi.
Ermənilər niyə görə onların xətrinə əsla dəyməyən çoxluğa xəyanət etdilər? E. Fayqlın elmi işində bunun inandırıcı cavabını tapıırıq: ermənilərin Qara dənizdən Xəzər dənizinə kimi uzanan böyük erməni dövləti yaratmaq ideyası yaranmışdı. Onlar guya iki əsr əvvəl onlara məxsus olmuş torpaqları qaytarmaq fikrinə düşmüşdülər. Ermənilərin öz dövlətlərini qurmaq istəkləri özlüyündə ayıb deyil. Qəribə odur ki, onlar öz dövlətlərini türklərin və azərbaycanlıların sıx məskunlaşdıqları torpaqlarda qurmaq istəyirdilər. Və bu dövləti ən nifrətəlayiq üsullarla; türklərə və azərbaycanlılara hücum etmiş ölkələrlə əməkdaşlıq edərək qurmağı fikirləşirdilər.

Türklər yalnız müdafiə olunurdular

Müasir türklərlə ermənilər arasındakı münaqişənin ilkin elementlərinə - 1878-ci ildə Osmanlı imperiyasının yad dövlətlərin hücumuna məruz qalaraq müstəqilliyini itirmz ehtimalı ilə üzləşdiyi vaxtda rast gəlinir. Osmanlı imperiyasıının müsəlman əhalisinə azsaylı xalqların dəstəyi lazım idi. Amma indiki türklərin əcdadları müasir ermənilərin əcdadlarından həmin köməyi almadılar.
Hadisələrin belə inkişafı nəticəsində 1915-dən qaçmaq mümküm deyildi, həmin vaxt müxtəlif mənbələrin şahidliyinə görə 800 mindən 1,5 milyona qədər erməni həlak olmuşdu. Bəzi qərb ölkələri bu tarixi erməni soyqırımı günü kimi qeyd edir. Fransa hətta erməni soyqırımını rədd edən vətəndaşlarına böyük məbləğdə cərimə də təyin edib.
Amma "Erməni mifi"nin müəllifi fikrimcə çox məntiqi bir sual qaldırır: 1915-ci il qırğınının günahkarı kim idi? Erməni xəyanətindən bezmiş və öz haqqını güc vasitəsilə qorumağı qərara almış türklər? E.Fayqlın fikrincə, ermənilərin axıdılan qanının günahı Rusiya, Böyük Britaniya və Fransanın üzərinə düşür. Məhz bu ölkələr əsrlər boyu erməni azlığı işgğal edilmiş müsəlman torpaqlarında öz dövlətlərini qurmaq qarşılığında Osmanlı imperiyası ilə müharibəyə təhrik edib.
Əgər Rusiya, Böyük Britaniya və Fransa Osmanlı imperiyasını zəiflətmək üçün erməniləri çətin həyata keçiriləcək illüziyalarla bəsləməsəydilər, güman ki, 1915-ci il qırğınından qaçmış olancaqdılar..
E.Fayqlın elmi işindən bir parça: "Böyük Britaniya, Fransa, Rusiya kimi böyük dövlətlər Osmanlı imperiyasını zəiflətmək məqsədi ilə utanmadan erməniləri istifadə edirdilər. Səlcuqlar şərqi Anadolunu işğal etdikləri vaxtdan (XI-XII əsrlər) XIX əsrin birinci yarısına kimi ermənilər və türklər mehriban yaşayırdılar".
Kitabın müəllifi müxtəlif mənbələrə əsaslanaraq iddia edir ki, "erməni faciəsinin səbəbini Səlcuq və Osmanlı imperiyasının daxilində deyil, xaricdə axtarmaq lazımdır". İsti dənizlərə çıxış əldə etmək üçün çar Rusiyası "erməniləri bıçağı türklərin kürəyinə vurmağa təhrik edib".
Başqa obrazlı paralellərə də baxaq: "Bədbəxtlik ermənilərdən ruslarla əməkdaşlıq edərək birinci Dünya müharibəsi zamanı bıçağı türklərin kürəyinə sancana qədər yan keçirdi"; "Hər dəfə Rusiyanın öz əlini qana bulamamaq üçün cəllada ehtiyacı olduqda, erməniləri köməyə çağırırdı. 1839-cu il Ərzurumun işğalı belə hiyləgərliyin əla nümunəsidir. Burda ermənilər beşinci kalon kimi istifadə olunmuşdular"...
Bu da türk heyətinin nümayəndəsi general İsmət İnönünün 23 yanvar 1923-cü ildə dediyi sözlər: "Ermənilərin başına gələnlər üçün bu müttəfiqlər cavabdehlik daşıyırlar. Məhz onlar erməniləri türklərə qarşı səfərbər edib öz siyasi maraqlarını həyata keçirmək üçün istifadə ediblər. Məhz müttəfiqlərin ucbatından ermənilər aclıq, xəstəlik və mühacirət yaşayıblar. Bunda biz Antantadan başqa kimsəni günahlandıra bilmərik. Əgər ermənilərə yaşadıqları məhrumiyyətlərə görə kompensasiya düşürsə, onu qərb ödəməlidir".

Müstəsna türk tolerantlığı

Beləliklə, E.Fayqlın "Erməni mifi" kitabında müsəlman əhalinin tolerantlığına dair çoxlu faktlar verilir. Bu tədiq olunmuş faktlar litvalı qulağı üçün qeyri-adidir. Bizim qulağımız həmişə bu fikirlə doldurulub ki "türklərin qəddarlığı sərhəd tanımır". Amma kitabın müəllifi 1915-ci ildə ermənilərin müsəlmanlara qarşı həyata keçirdikləri hücum faktlarını sadalayır. Kitabda həmçinin müsəlmanların silahlı ermənilərin iğtişaş və təxribatlarına verdikləri cavab reaksiyası da təsvir edilib. Əgər fikirləşirsinizsə ki, müsəlmanlar təcili olaraq cavab atəşi ilə düşməni susdurublar, o zaman yanılırsınız. Onlar uzun zaman erməni xəyanətinə dözdülər və sadəlöhvcəsinə inandılar ki, ermənilər özlərinə gələcəklər. Amma belə olmadı. "Erməni mifi" kitabında ermənilərn 1915-ci ildə müsəlmanlara qarşı həyata keçirdiyi irimiqyaslı hərbi əməliyyatlar təsvir edilir. Axırıncı müsəlmana qədər öldürülən Van və Muş faciələrini nəzərdə tuturam (Van şəhərində 30 min müsəlman öldürülüb; şəhərin müsəlman əhalisi qırdıqdan sonra erməni silahlıları təcili olaraq Van erməni respublikasının yarandığını elan ediblər).
Kitabda Sasun faciəsi də xatırlanır. 1904-cü ilin avqust-may aylarında, müsəlman şəhəri Sasunda ermənilər onlara Böyük Ermənistan vədi vermiş böyük dövlətləri razı salmaq üçün süni surətdə qiyam qaldırır və vəhşicəsinə quldurluq edirdilər. Həmin vaxtın əlyazmaları təsdiq edir ki, o zaman 932 nəfərdən -1132 nəfərə kimi türk və yalnız 19 erməni həlak olub. Sonradan ermənilər bütün dünyaya sübut etdilər ki, Sasunda "müsəlmanlar xristianları kəsirdilər".
Yeri gəlmişkən, 1915-ci il hadisələrini yazarkən ermənilər əlavə etməyi unudurlar ki, həmin ilin martında təkcə onlar deyil, onların rəqibləri olan türklər də həlak olub. Əgər yarım milyona yaxın erməni ölübsə, həmin ildə həlak olan türklərin sayı daha çox olub. Müxtəlif mənbələrin şahidliyinə görə, faciəli 1915-ci ildə 1,5 – 2,5 milyona qədər türk həyatını itirib.

Tərcümə etdi: Ülviyyə Tahirqızı

(Ardı var)