

11 İyul 16:12
11 İyul 13:56
11 İyul 13:26
AP: ABŞ rəsmiləri GBU-57 bombalarının İranın nüvə obyektlərinə zərbələrinin uğuruna şübhə edirlər
ABŞ Müdafiə Nazirliyinin Hərbi Təhdidin Azaldılması Agentliyindən olan rəsmilər, ABŞ-a məxsus, bunkerə qarşı yönləndirilə bilən GBU-57 bombalarının İranın nüvə obyektlərinə endirilmiş zərbələrinin uğurlu olub-olmadığına dair şübhələrini ifadə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Associated Press (AP) yüksək vəzifəli mənbələrə istinadla məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, qurum daxilində “bu döyüş sursatlarının hazırlanmış olduğu hədəf dərinliklərinə çatıb-çatmadığı hələ də bilinmir.”
Bundan əvvəl ABŞ-ın The National Interest jurnalı yazmışdı ki, İrana zərbələrdən sonra ABŞ-ın anbarında cəmi altı ədəd GBU-57 bombası qala bilər və bu say, potensial hərbi əməliyyatlar üçün – xüsusilə də Çin və ya Rusiya kimi ölkələrə qarşı – kifayət deyil.
Məryəm Quliyeva