“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
11 İyul 2025 21:23
3 990
"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Türkiyə Superliqası təmsilçisi "Alanyaspor"a qarşı keçirilən yoxlama oyununda (0:0) yetirmələrinin çıxışından razı qalıb.
"Report" xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, komandanın düzgün yolda olduğunu bildirib:
"Hazırlığımız plan üzrə gedir. Bugünkü matçdakı rəqibimiz Türkiyə Superliqası komandası idi. "Alanyaspor"la oyunda da demək olar, heyətin bütün üzvlərinə şans verdik Hamını məşqlə paralel oyunda da yoxlamaq istəyirik. Oyundan oyuna daha yaxşı təsir bağışlayırıq. Əlbəttə, səhvlər, çatışmazlıqlar olur. Biz də bu cür matçlarda həmin problemləri aşkarlamaq, məşqlərdə aradan qaldırmaq istəyirik. Uşaqlar çox istəklidirlər. Bu da sevindirici məqamdır. Ümumilikdə komandanın performansından razı qaldım".
Qeyd edək ki, "Araz-Naxçıvan"ın növbəti sınağı iyulun 17-də Superliqanın digər iştirakçısı “Trabzonspor”a qarşı olacaq.
Komanda Türkiyə toplanışı çərçivəsində daha əvvəl "Bayburtspor"la oynayıb və 14:0 hesablı qələbə qazanıb.
Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
18:28
735
9 Yanvar 17:49
1 988
9 Yanvar 12:02
1 953