

11 İyul 16:12
11 İyul 13:56
11 İyul 13:26
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Üçtəpə kəndində C. Həşimova məxsus evdə qeydə alınıb.
Ətraflı
Belə ki, ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evdə qəfildən yanğın başlayıb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın nəticəsində evin 88 m² sahəsi və əşyaları yanıb. Yanğının elektrik naqillərdə yaranan qısaqapanmadan baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.