
Belçika F-16-ları Ukraynaya təhvil verəcək
26 Avqust 20:14
26 Avqust 20:14
26 Avqust 19:15
26 Avqust 18:58
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Bu ilin may ayında Dövlət Plan və Büdcə Təşkilatının rəhbərinin Təbrizə səfəri zamanı mən ondan soruşdum ki, hökumətlərin 800 kilometrlik boru ilə Oman dənizindən İsfahana su nəqli üçün büdcələri var, ancaq Araz suyunun Təbrizə çatdırılmasına gələndə büdcələri yoxdurmu?!
Bu sözləri Təbrizdən olan millət vəkili Əlirza Novin deyib.
Pourməhəmmədi bəy (Büdcə və Planlaşdırma Təşkilatının rəhbəri) cavab verdi ki, xalq İsfahana suyun ötürülməsi üçün pul ödəyib və hökumət bu layihə üçün heç bir büdcə ayırmayıb! Elə həmin iclasın ortasında sənədləri təqdim etdim və dedim ki, nəyin ki, bu layihə üçün hökumət pul ayərən, hətta layihədə iştirak edən şirkətlər də dövlətə məxsusdur. Məsələn, İsfahanın "Mobarakeh Steel Company" şirkəti bu layihə üçün əsas resurslar tədarükçüsüdür və o dövlət şirkətidir, onun əsas səhmdarları IMIDRO və pensiya fondlarıdır." - deyə Əlirza Novin bildirib.
Əlirza Novin Məsud Pezeşkiana da müraciət edib:
"Əgər doktor Pezeşkianın hökuməti dövründə Şərqi Azərbaycan inkişaf etməsə və onun infrastrukturdakı geriliyi kompensasiya edilməsə, sonrakı hökumətlərdə də bu baş verməyəcək və biz prezidentin müdaxiləsini və vilayətin prioritetlərinə birbaşa nəzarət etməsini gözləyirik. Araz suyunun Təbrizə ötürülməsi vətəndaşları içməli su ilə təmin etmək və tullantı sularının Urmu gölünə daşmasının qarşısını almaq üçün lazımdır. Biz prezidentin səfərindən bu günə kimi layihənin gedişatında heç bir dəyişiklik görməmişik." - deyə o qeyd edib.
Gunaz.tv