İsrail Ordusu altı HƏMAS komandirinin ölümünü açıqlayıb Dünya

İsrail Ordusu altı HƏMAS komandirinin ölümünü açıqlayıb

İsrail Müdafiə Ordusunun Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Cənub Komandanlığı ilə birgə keçirdiyi əməliyyatda Fələstinin HƏMAS hərəkatının hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb.

“Report” İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun məlumatında deyilir.

Qeyd olunur ki, ordu HƏMAS-ın hərbi-dəniz qüvvələrinə qarşı hərbi əməliyyatlar keçirir. İsrail ordusu hərbi gəmilər, silah anbarları və HƏMAS-la əlaqəli digər aktivlər də daxil olmaqla, çoxsaylı terrorçu hədəfləri məhv edir.