“Baqdasaryan Leyla Yunusa dəstək məktubu göndərməsəydi…” Hadisə

“Baqdasaryan Leyla Yunusa dəstək məktubu göndərməsəydi…”

Musa Quliyev: "Biz təəccüblənərdik"

"Düşünürəm ki, Ermənistanın Region Tədqiqat Mərkəzinin direktoru, jurnalist Laura Baqdasaryan Leyla Yunusa dəstək məktubu göndərməsəydi, biz təəccüblənərdik". Bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib. YAP rəsmisinin sözlərinə görə, Leyla Yunusa bu məktubun göndərilməsi normaldır: "Onların münasibətləri yeni münasibətlər deyil. Leyla Yunusun Ermənistan dövləti, milləti qarşısında o qədər böyük xidmətləri var ki, mütləq şəkildə ona dəstək məktubu göndərilməli idi. Hesab edirəm ki, həmin məktubun göndərilməsinin arxasında da qeyri-sağlam münasibət durur. İşğalçı ölkə bununla deməyə çalışır ki, görürsünüz, "erməni xalqı, milləti nə qədər tolerantdır və demokratiyaya, azadlığa sadiq bir millətdir ki, hətta özünə düşmən olan bir xalqın nümayəndəsini də dəstəkləyir". Əslində onların özləri də bilir ki, bu dəstək məktublarının və yaxud hansısa bir bəyanatın, sanksiyaların da Azərbaycan dövləti, cəmiyyəti üçün heç bir əhəmiyyəti yoxdur. Yəni, biz müstəqil siyasət yeridirik və dövlətimizin qanunları var. Ölkəmizin qanunlarına, xalqımızın istəyinə də uyğun olaraq dövlətimiz addımlar atır. Təbii ki, kiminsə qanun qarşısında günahı varsa, o müvafiq qaydada cəzalandırılmalıdır. Leyla Yunusun 1990-cı illərdən bu yana fəaliyyəti Azərbaycan xalqının gözü qarşısındadır".

Əli