Zəngilanın təbiət və meşələrinə dəymiş zərərin monitorinqi aparılıb Hadisə
15 Mart 2021 13:52
1 904

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birgə işğaldan azad olunan Zəngilan rayonunun təbiət və meşələrinə dəymiş zərərin monitorinqi məqsədilə əraziyə baxış keçirib, vizual müşahidələrə əsasən bitki örtüyü təhlil edilməklə bölgənin monitorinqini aparıb.
AMEA-dan APA-ya bildirilib ki, Ermənistan tərəfindən ərazilərimizin işğal edilməsi nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə vurulmuş zərərin miqdarı böyükdür. Qarabağın təbii sərvətləri, xüsusən bitki ehtiyatları ermənilər tərəfindən amansızcasına talan edilib. 30 il ərzində işğal altında qalan torpaqlarımızdan çıxarılan qızıldan sonra ən çox talan edilən meşələrimizdir: "Çinar meşəsinin bir hissəsində ağaclar qırılıb məhv edilib. Zəngin biomüxtəlifliyə malik Azərbaycan təbiətinin bir parçası olan Zəngilan rayonunda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda isə ətraf mühitə vurulan ziyanın məbləği ölçüyə gəlməz dərəcədədir.
Ümumi sahəsi 107 hektar olan qoruq ermənilər tərəfindən talan edilməklə əhatəsindəki bitki örtüyünün tamamilə məhv olmaq təhlükəsi yaranıb. Qırmızı palıd ağacları kökündən çıxarılaraq doğranılıb, mebel istehsal edilib və çox hissəsi isə xarici ölkələrə satılıb. Bütün bunlar ermənilərin təbiətə, təbiət abidələrinə, bütövlükdə ekologiyaya vurduğu terror zərəridir”.
Monitorinq nəticəsində ərazinin dağlıq hissəsinin meşə örtüyündə iberiya palıdı (Quercus iberica) və Qafqaz vələsi (Carpinus caucasica), ardıcın 2 növünə - ağıriyli ardıc (J.foetidissima), alçaqboylu ardıc (Juniperus depressa Stev.) və kütyarpaq saqqızağacına (Pistacia mutica), qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, yemişan, itburnu, murdarça, quru-bozqır, dağ kserofil bitkiləri, kolluqlar, qaratikan və s. rast gəlinib.
"Ərazidə iqlim dəişkənliyi və antropogen amillər bitki örtüyünun qismən dəyişməsinə səbəb olub. Qoruğun mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinq qrupunun gəldiyi ümumi nəticəyə görə, burada Şərq çinarı ağacları kəsilib, qırılan ağacların köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib ki, bu da qoruğun dağıdılmasına səbəb olub. Belə faktlar isə ekoloji terrordan başqa bir şey deyil".
-
Əfqanıstan və Pakistan münaqişəyə son qoymaq üçün danışıqlar aparır
-
Aprel döyüşləri: Yeni reallıqların başlanğıcı və tarixi dönüş nöqtəsi
-
Tarixçi-alim: "Fövqəladə Təhqiqat Komissiyasının sənədləri 1918-ci il soyqırımı faktlarını üzə çıxarıb"
-
İraqda "Castrol" neft anbarlarında yanğın baş verib
-
Tehran: "Nüvə obyektlərimizə hücum hərbi cinayətdir"
-
Rəsmi Moskva: Rusiya İranla kəşfiyyat məlumatları paylaşmır
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı hazırlanacaq
-
Narışkin: Rusiya Xarici Kəşfiyyat Xidməti İranla bağlı ABŞ ilə təmasdadır
-
Azad edilmiş ərazilərdə ötən ay daha 503 mina, 4922 PHS aşkarlanıb
-
Sabahın hava proqnozu açıqlanıb
-
Ötən ay 12 aptekdə nöqsanlar aşkarlanıb
-
Rusiya Baş nazirinin müavini: Azərbaycanla sərhəddəki məntəqələrin keçid qabiliyyəti 5 dəfə artıb
-
Ötən ay sərhəddə 7,5 milyon manatlıq qaçaqmal tutulub
-
İsrail ordusu İranın kimyəvi silah komponentləri istehsal edən zavoduna zərbə endirib
-
Martda dövlət sərhədini pоzan 9 nəfər saxlanılıb
-
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 5 vaqon taxıl göndərilib - YENİLƏNİB
-
Rusiya İstintaq Komitəsi: Krımdakı hərbi təyyarə qəzasında ölənlərin sayı 30 nəfər olub
-
Gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb
-
Türkiyədə ölən miqrantların sayı 18-ə yüksəlib
-
Sosial şəbəkələrdə manipulyasiya: “saxta qəhrəmanlar” və siyasi çürümə prosesi - RƏY
-
Quba sakini 2 həftədir itkin düşüb
-
FHN əməkdaşı ölkə çempionatında 2 qızıl medal qazanıb
-
Ötən ay 29 klinikada yoxlama aparılıb, 26 protokol tərtib olunub
-
ABŞ dövlət katibi: İranla müharibənin sonunu görürük
-
İran Qətərin neft tankerinə raket zərbəsi endirib
-
İsrail SEPAH-ın baş mühəndisinin öldürüldüyünü bəyan edib
-
Meksikada cərimə dayanacağında 700 avtomobil yanaraq məhv olub
-
Əfqanıstan və Pakistan nümayəndələri bu gün Çində bir araya gəlir
-
Futbol üzrə Dünya Çempionatının bütün iştirakçıları bəlli olub - QRUPLAR
-
Apreldə orta aylıq temperatur iqlim normasına yaxın olacaq
-
Ali Məhkəmə borc müqaviləsi ilə bağlı məsələyə aydınlıq gətirib
-
Argentina SEPAH-ı terror təşkilatı kimi tanıyıb
-
Qazaxıstanda 8 yeni kömür elektrik stansiyası tikiləcək
-
MİQ-ə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı açıqlanıb - CƏDVƏL
-
ING: Azərbaycanda manatın məzənnəsi 2028-ci ilə qədər sabit qalacaq
-
Avropada təbii qaz 8%-dən çox ucuzlaşıb
-
Buraxılış imtahanında 50 minə yaxın şagirdin iştirakı nəzərdə tutulur
-
Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Azərbaycana gəlib
-
BƏƏ İran vətəndaşlarının ölkəyə girişini və tranzit keçidini qadağan edib
-
Yaponiyada 5 bal gücündə zəlzələ baş verib
-
ABŞ Tehrandakı keçmiş səfirlik binasına zərbə endirib
-
Bakıda ər və arvad kirayə qaldığı evdə dəm qazından ölüb
-
"Bitcoin" bahalaşıb
-
Azərbaycan neftinin qiyməti 132 dolları ötüb
-
Balakəndə tanışını bıçaqlayan şəxsi polis saxlayıb
-
Qızılın qiyməti 4 700 dolları ötüb
-
DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb
-
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
-
"NYMEX" əmtəə birjasında təbii qaz bahalaşıb
-
Bu günün valyuta məzənnələri
-
“Brent” nefti bahalaşıb
-
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
KİV: Hava zərbələri nəticəsində İran məhkəmə hakimiyyətinin rəhbəri öldürülüb
-
Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
-
"Lufthansa" yanacaq qiymətlərinin artması səbəbindən bəzi uçuşları dayandıra bilər
-
KİV: İrana qarşı əməliyyat zamanı yüzlərlə ABŞ hərbçisi yaralanıb
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 5 vaqon taxıl göndəriləcək
-
Beyrutda İsrail zərbəsi nəticəsində azı 6 nəfər ölüb
-
Əraqçi: İran ABŞ-ın təkliflərinə cavab verməyib və danışıqlar barədə qərar qəbul etməyib
Xəbər lenti

