Ukrayna 250 əsgərini itirib Dünya

Ukrayna 250 əsgərini itirib

Həftənin əvvəlindən Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Vovçansk yaxınlığında 15 dəfədən çox hücuma cəhd edib. Uğursuz əks-hücumlarda Kiyev 250-yə yaxın əsgərini, 12 zirehli texnikasını, minaatanlarını və PUA-nın idarəetmə mərkəzini itirib.

Bu barədə TASS-a hərbi ekspert Andrey Maroçko bildirib.

"Bütün cəhdlər uğursuz oldu; üstəlik, Ukrayna silahlı birləşmələrinin ona yaxın hücum qrupu silah və hərbi texnikası ilə birlikdə məhv edilib.
Bu istiqamətdə üç gün ərzində düşmənin itkiləri - 250 nəfər ölüb və yaralanıb, düşmən həmçinin 12 zirehli texnikası, səkkiz avtomobili, iki minaatan və bir artilleriya silahını itirib. Bundan əlavə, bir rabitə mərkəzi, iki sahə anbarı və PUA-nın idarəetmə məntəqəsi məhv edilib”, - deyə o bildirib.

Cavid