Qırğızıstanın Azәrbaycandakı sәfiri cavab verdi Hadisə

Qırğızıstanın Azәrbaycandakı sәfiri cavab verdi

""O!" şirkәtinin saytında Dağlıq Qarbağla bağlı mәlumatın silinmәsi üçün müraciәt etmişik"

"Qırğızıstan Azәrbaycanın әrazi bütövlüyünü vә Dağlıq Qarabağ münaqişәsinin siyasi yolla hәllini dәstәklәyir". Bunu Qırğızıstanın Azәrbaycandakı sәfiri Aycigit Buranov ölkәsinin "Nurtelekom"a mәxsus "O!"mobil operatorunun Dağlıq Qarabağa beynәlxalq zәnglәr hәyata keçirmәsi ilә bağlı APA-nın sorğusuna cavabında deyib.
Onun sözlәrinә görә, Qırğızıstan diplomatik әlaqәlәr qurduğu bütün ölkәlәrin әrazi bütövlüyünü, müstәqilliyini vә suverenlik prinsiplәrini dәstәklәyir. Sәfir qeyd edib ki, sorğu ilә әlaqәdar sözügedәn mәlumatın araşdırılması üçün Qırğızıstan Xarici İşlәr Nazirliyinә müraciәt edilib: "Biz nazirliyә mәsәlәnin araşdırılması vә tez bir zamanda "O!" şirkәtinin saytında Dağlıq Qarbağla bağlı mәlumatın silinmәsi vә ya korrektә edilmәsi ilә bağlı fәaliyyәtә başlaması üçün müraciәt etmişik".
A.Buranovun sözlәrinә görә, sәfirlik bu mәsәlәni nәzarәtdә saxlayacaq vә bu sahәdә Azәrbaycan mediasının kömәyinә ümid edir.
Bunula yanaşı, Dağlıq Qarabağa sәfәrlә bağlı Azәrbaycan tәrәfinin narahatlığı da Qırğızıstan әhalisinin diqqәtinә çatdırılıb.