“Vətən Sərhəddən Başlayır” mövzusunda onlayn tədbir keçirilib Hadisə

“Vətən Sərhəddən Başlayır” mövzusunda onlayn tədbir keçirilib

Martın 19-da il Cəlilabad Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Vətən Sərhəddən Başlayır” mövzusunda onlayn tədbir keçirilib. Bu barədə Cəlilabad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Püstəxanım Qəniyeva məlumat verib.
Tədbirdə Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova, şöbənin əməkdaşları Ağaxan Ağayev, Püstəxanım Qəniyeva, Respublika Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, qismən sağlamlığını itirmiş Vətən müharibəsi iştirakçıları, Cəlilabad rayon məktəblərinin pedaqoji heyəti və məktəblilər iştirak ediblər.
Mövzu ətrafında çıxış edənlər Ali Bas Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun və ona dəstək olan qəhrəman xalqımızın Vətən müharibəsində parlaq qələbəsindən, uzun illər düşmən işğalı altında olan əzəli və əbədi torpaqlarımızın mənfur düşmən tapdağından azad edilməsindən, Vətən müharibəsinin xalqımızın parlaq qələbəsi ilə başa çatmasından, uzun illər düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımızın işaldan azad edilməsindən bəhs ediblər. Tədbirdə Vətən müharibəsi iştirakçıları düşmənə qarşı döyüşləri barədə öz xatirələrini danışılar. Onlar dövlətimizin ərazi bütövlüyü uğrunda istənilən anda xidmət etməyə hazır olduqlarını bildiriblər.
Görüşün sonunda isə Cəlilabad rayon məktəblərində təhsil alan şagirdlər vətənpərvəlik mövzusunda çıxışlar ediblər.