Bakıda qadını qətlə yetirən şəxs tutulub Hadisə

Bakıda qadını qətlə yetirən şəxs tutulub

Bakıda iki gün əvvəl qadını qətlə yetirən şəxs tutulub.

Sabunçu Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, iyunun 6-da saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Svetlana Məmmədovanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkənin tanışı Ramil Rəhmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Svetlana Məmmədovaya xəsarətlər yetirib, sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ramil Rəhmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.