AzInTelecom: 79 mindən çox IMEI koda “klon” statusu verilib Hadisə

AzInTelecom: 79 mindən çox IMEI koda “klon” statusu verilib

Azərbaycanda 79 183 IMEI koda “klon” statusu verilib.

“APA-Economics” xəbər verir ki, bu barədə "AzInTelecom"dan bildirilib.

Məlumata görə, klonlaşdırılmış IMEI kodlardan istifadə ilə bağlı 1 631 495 şəbəkəyə qoşulma cəhdinin qarşısı alınıb.

Bildirilib ki, saxta IMEI ilə qeydiyyata qarşı sistemli mübarizə aparılır. Görülən tədbirlər abunəçi hüquqlarının qorunmasına və mobil rabitə bazarında şəffaflığın təmin edilməsinə xidmət edir.