14:28
1 176
Səudiyyə Ərəbistanı Yəmən husi üsyançılarının təcavüzünə cavab olaraq öz suverenliyini qorumaq üçün bütün zəruri tədbirləri görəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
"Əbha, Xamis-Muşayt, Cizan və Nəcranda 73 mülki şəxsin, o cümlədən qadın və uşaqların yaralanması ilə nəticələnən mülki və iqtisadi obyektlərin atəşə tutulmasını qətiyyətlə pisləyirik", — SPA agentliyinin yaydığı XİN mətnində qeyd olunur. "Səudiyyə Krallığı öz ərazisinə qarşı təcavüzə dözməyəcək, milli sərvətini qorumaq və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün qanuni hüququndan istifadə edəcək".
Bəyanatda vurğulanır ki, "Ənsar Allah" hərəkatının düşmənçilik əməlləri və Qırmızı dənizdə ticarət gəmilərinin atəşə tutulmasını davam etdirməsi beynəlxalq dəniz gəmiçiliyini təhlükə altına qoyur. "Husilərin dinc əhaliyə və mülki infrastruktura cinayətkar hücumlarının fəsadlarına qarşı xəbərdarlıq edir, bu qruplaşmadan bütün eskalasiya formalarını dərhal dayandırmağı tələb edirik", — deyə diplomatik qurumun bəyanatında vurğulanır.
Məryəm Quliyeva