15:01
294
ABŞ-nin İslamabad memorandumuna dair öhdəliklərinin icrasına qayıtması Yaxın Şərqdə vəziyyətin normallaşmasına töhfə verə bilər.
Xalqcebhesi.az xəbər veriri ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi yaponiyalı həmkarı Toşimitsu Motegi ilə telefon danışığı zamanı bildirib.
"Həll yolu sadədir. Amerika tərəfinin öz öhdəliklərinin icrasına və İslamabad Anlaşma Memorandumundakı imzasına əməl etməyə qayıtması normal vəziyyətə dönmək üçün şərait yaradacaq", — deyə İran XİN onun sözlərindən sitat gətirir.
Əraqçi həmçinin Motegiyə Hörmüz boğazı üzrə İran və Oman arasında aparılan danışıqların son mərhələləri haqqında məlumat verib və gəmilərin boğazdan keçidi üçün müvəqqəti marşrutun müəyyən edilməsi üzrə məsləhətləşmələrdə əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu bildirib.
Məryəm Quliyeva