ABŞ fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub İqtisadiyyat

ABŞ fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub

Qlobal fond bazarlarında son ticarət sessiyasında əsas indekslərdə qarışıq dinamika müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 628,18 bənd və ya 1,18% azalaraq 52 786,07 bəndə, “S&P” 500 45,08 bənd və ya 0,58% geriləyərək 7 673,52 bəndə, “Nasdaq Composite” isə 85,58 bənd və ya 0,32% azalaraq 26 421,41 bəndə düşüb. “NYSE Composite” 0,67% azalaraq 24 473,06 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 1,07% geriləyərək 36 123,05 bənd təşkil edib.

Avropada “Euro Stoxx 50 0,14% artaraq 6 413,17 bəndə, Fransanın CAC 40 indeksi 0,14% yüksələrək 8 317,98 bəndə çatıb. Almaniyanın “DAX” indeksi demək olar ki, dəyişməyərək 26 007,63 bənd olub. Böyük Britaniyanın FTSE 100 indeksi 0,10% azalaraq 10 811,66 bəndə, İspaniyanın “IBEX” 35 indeksi isə 0,12% geriləyərək 19 997,10 bəndə düşüb.

Asiya-Sakit okean regionunda Yaponiyanın Nikkei 225 indeksi 0,36% artaraq 65 507,32 bəndə, TOPIX 0,37% yüksələrək 4 065,40 bəndə, Çinin CSI 300 indeksi isə 0,12% artaraq 4 564,42 bəndə çatıb. Honq-Konqun Hang Seng indeksi 0,02% azalaraq 25 311,18 bəndə, Avstraliyanın S&P/ASX 200 indeksi isə 0,20% geriləyərək 8 903,30 bəndə düşüb.

ABŞ fond bazarlarında enişə proqram təminatı şirkətlərinin səhmlərindəki ucuzlaşma, neftin bahalaşması fonunda inflyasiya narahatlıqlarının artması və FED-in faiz dərəcəsini yüksəldə biləcəyi ilə bağlı gözləntilər təsir edib.

Asiya bazarlarında isə neftin 100 dollara yaxınlaşması və Yaxın Şərqdə gərginliyin artması ümumi əhval-ruhiyyəni zəiflədib, texnologiya və süni intellektlə bağlı şirkətlərin səhmlərindəki artım bəzi indekslərə dəstək verib.