“İran Hörmüzü tamamilə bağlayacaq imkanlara malik deyil”
8 Sentyabr 19:09
8 Sentyabr 19:09
8 Sentyabr 15:01
08:23
427
Bizim PISA, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi buraxılış və qəbul imtahanlarının statistik təhlilidir.
Sentyabrın 8-də Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025-in nəticələri ilə bağlı təqdimatda deyib ki, şagirdlərimizin riyazi savadlılığı artıb, təbiət elmləri və oxu üzrə isə vəziyyət bir o qədər ürəkaçan deyil.
Xatırladıram ki, PISA 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə biliklərini sadəcə yadda saxlama deyil, real həyatda tətbiq etmək bacarığını ölçən qlobal qiymətləndirmədir.
2026-cı ildə Dövlət İmtahan Mərkəzinin açıqladığı statistik hesabat adi imtahan nəticələri deyil, bu milli təhsildəki ciddi böhranı göstərən güzgüdür. Hesabata görə, orta statistik abituriyent riyaziyyat üzrə testlərin təxminən 29–34 faizini, fizika üzrə 34–36 faizini, kimya üzrə 30–32 faizini, informatika üzrə 34–38 faizini, tarix üzrə 24–29 faizini, coğrafiya üzrə 23–26 faizini düzgün cavablandırmışdır. Əslində bu nəticələr PISA-da özünü dolayısı ilə təsdiqləyib.
İndi gəlin görək PISA 2025 nə deyir?
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT/OECD) üzv olan ölkələrdə:
OECD ölkələri:
Təbiət elmləri üzrə mənimsəmə-74%
Azərbaycanlı şagirdlər-48%
OECD ölkələri:
Riyaziyyat üzrə mənimsəmə-65%
Azərbaycanlı şagirdlər-48%
OECD ölkələri:
Oxu üzrə mənimsəmə-69 %
Azərbaycanlı uşaqlar-35%
Riyaziyyat
OECD ölkələrinin orta göstəricisi 462 bal
Türkiyə-461
Qazaxıstan-385
Gürcüstan -384
Azərbaycan-374
Təbiət elmləri
OECD ölkələrinin orta göstəricisi 482 bal
Türkiyə-494
Gürcüstan -422
Qazaxıstan-420
Azərbaycan-409
Oxu savadı
OECD ölkələrinin orta göstəricisi 463 bal
Türkiyə-473
Azərbaycan-422
Gürcüstan -416
Qazaxıstan-414
Real vəziyyətimiz belədir. Nazirin fəxarətlə Bakı məktəblilərinin region məktəblilərini üstələməsi fikri isə qəbuledilməzdir. Bu gün bütün dünyada təhsilin qarşısında duran əsas problem keyfiyyətdə çoğrafi faktorun aradan qaldırılmasıdır.
Bir düşündürücü məsələni də diqqətinizə çatdırım: 2000-ci ildə DİM statistikasına görə 50% 9-cu sinif şagirdi 1-ci mərhələ riyaziyyat imtahanında imtahan vərəqələrini heç nə yazmadan geri qaytarmışdı.
Etibar Əliyev, təhsil eksperti
8 Sentyabr 19:54
903
8 Sentyabr 17:07
903
8 Sentyabr 16:52
945