17:10
259
Cəmi üç günlük nisbi sakitlikdən sonra düşmən Kiyevə qarşı yeni və irimiqyaslı raket və dron hücumu həyata keçirdi. Gecə boyu partlayış səsləri eşidilirdi. Paytaxta iyirmiyə yaxın ballistik və hipersəs raketi, eləcə də onlardan daha çox sayda reaktiv mühərrikli dron atılmışdı. Hava hücumundan müdafiə qüvvələri sayəsində bu dəfə enerji infrastrukturuna ciddi ziyan dəymədi. Bununla belə, digər hədəflər vuruldu.
Xalqcebhesi.az xəbər verir ki, bunu Ukrayna Radasının sabiq deputatı Artur Bilous deyib.
"Təəssüf ki, iki nəfər həlak oldu, on nəfər isə xəsarət aldı.
Rəqibimizin növbəti addımı nə olacaq? Onlar gecə terroruna qayıdacaqlarmı? Yoxsa gündüzlər də paytaxtın həyatını kabusa çevirəcəklər? Tezliklə görəcəyik. Mən öz növbəmdən, bütün həyəcanlara baxmayaraq, hər kəsə, o cümlədən özümə yaxşı əhval-ruhiyyə arzulayıram. Qarşıda bizi payızın ortasında bir neçə günəşli yay günləri gözləyir" - o, vurğulayıb.
Cavid