19:09
287
“İran tərəfi Hörmüz boğazını tamamilə bağlayacaq imkanlara malik deyil”.
Bunu xalqcebhesi.az-a siyasi şərhçi Taleh Əliyev deyib.
T.Əliyevin sözlərinə görə, İranın Hörmüzü bağlama açıqlamasından sonra Amerika donanması İranın özünə Hörmüzdə blokada tətbiq edib və bu blokadadan daha çox əziyyət çəkən İran tərəfi çalışır ki, həm geriyə addım atmasın, həm də öz neft tankerlərinin sərbəst hərəkətinə nail olsun: “Bu zaman ABŞ donanması tərəfindən də İran tankerlərinin vurulması istər-istəməz İranın da əks addımlar atmasına əsas vermiş olur. Bu baxımdan istər Ali Təhlükəsizlik Şurası katibinin açıqlaması, istər İran xarici işlər nazirinin mövqeyi tam başa düşüləndir, amma qüvvələr nisbəti İranın xeyrinə olmadığına görə İran tərəfinin atdığı hər bir addım İrana qarşı daha böyük bumeranq effekti verir. Ona görə düşünmürəm ki, İran Hörmüz boğazını tamamilə bağlamaq iqtidarında olacaq. Ancaq bu anlaşılmazlıq davam etdikcə Hörmüz boğazı ətrafında həm İran ticarət gəmilərinin, eyni zamanda, da ABŞ-nin hərbi gəmiləri və digər ticarət gəmilərinin hər an vurulma riski yüksək olaraq qalır”.
Röya İsrafilova