“Əməyi qiymətləndirmək lazımdır” Hadisə

“Əməyi qiymətləndirmək lazımdır”

Arzu Nağıyev: "Bunlar AzTV, İdman Azərbaycan telekanallarıdır"

Tural Əliyev: "AzTV və İdman Azərbaycan kanallarının dünya əhəmiyyətli tədbiri işıqlandırması mühüm addımdır"

İlkin Ağayev: "Azərbaycan kanalları arasında AzTV və İdman Azərbaycan oyunları ən yaxşı işıqlandıran kanallardır"

Bu gün bütün dünyanın gözü Azərbaycandadır. 100 milyonlarla insan ölkələrində fəaliyyət göstərən televiziyalar vasitəsilə bu tarixi hadisənin şahidi olurlar. Bununla yanaşı idman tarixinə qızıl hərflərlə yazılmış ilk Avropa Oyunlarını Bakı-2015 saytında da canlı izləmək mümkündür.
400 milyondan artıq insan ilk Avropa Oyunlarını canlı yayımla izləyə biləcək. Tarixi hadisə 74 ölkədə yayımlanır.
Qeyd edək ki, Avropa Oyunlarına hazırlıq başlayandan telekanallar müvafiq müqavilələrin bağlanması üçün danışıqlar aparıblar.
İspaniyanın RTVE, Estoniyanın ERR, Latviyanın LTV, Sloveniyanın "RTV Sloveniya" və Portuqaliyanın "Sport TV" adlı ictimai televiziya şirkətləri Avropa Oyunlarını gün ərzində yayımlayır. Oyunlar Milli Olimpiya Komitəsi tərəfindən təsis edilən, ilk TV kanalı olan və pulsuz yayımlanan "Sportska Televizija" kanalında da hər gün 10 saat ərzində yayımlanır.
Avropa Oyunları məşhur "Sky Sport" idman kanalı vasitəsilə də canlı yayımlanır. Kanalın auditoriyası bütün dünyanı əhatə edir. Yunanıstanda əsas ictimai yayım təminatçısı olan NERIT televiziya və onlayn platformaları vasitəsilə Oyunların gündəlik olaraq canlı yayımı təmin edilib. Açılış mərasimi kimi bağlanış mərasimi də burada birbaşa yayımlanacaq.
Finlandiyanın ödənişsiz milli yayım şirkəti olan "Yle" də həmçinin gündəlik yarışların canlı yayımını təmin edir. Stansiya yerli yayım şirkəti olan "İnternational Sports Broadcasting"in vebsayt və rəqəmsal platformaları vasitəsilə də Oyunların 800 saatlıq canlı yayımını təmin edib.
Almaniyanın "Sport 1" kanalı isə ilk Avropa Oyunlarına xüsusi ilə hazırlaşıb. Kanal indiyə qədər də yarışlarla bağlı çoxsaylı videomateriallar yayımlayıb. Bu gündən etibarən Avropa Oyunlarına diqqət daha da artırılıb. Kanal yaydığı məlumata görə alman hökuməti qalib gələcək idmançılara yüksək məbləğli pul mükafatı da vəd edib.
Çinin Mərkəzi Televiziyası da Avropa Oyunlarını ölkə ərazisində yayımlayır. Təxminən 1 milyardan çox tamaşaçı auditoriyası olan televiziya stansiyası vasitəsilə Oyunların açılış mərasimi və yarışlar kimi bağlanış mərasimi də nümayiş olunacaq.
Təbii ki yarışların effektli yayımlanmasında daha çox Azərbaycan televiziyaları səy göstərməlidir. Tamaşaçılar televiziyalarımızın yarışları işılandırmasından razıdırmı? Hansı kanal daha yaxşı reportajlar hazırlayır?
Politoloq Arzu Nağıyev bildirdi ki, canlı yayım ixtiyarı olanlar yarışları daha yaxşı işıqlandıdrır: "Bunlar AzTV, İdman Azərbaycan telekanallarıdır. Ümumiyyətlə, demək olar ki, bütün TV-lər imkanları daxilində bunu edirlər. Sırasalaq-İctimai TV, Region TV, Lider, ANS və sair...".
Politoloq Tural Əliyev "əvvəla onu qeyd edək ki I Avropa Oyunlarının Bakıda keçirilməsi böyük idman tədbiridir", - deyə diqqətə çatdırdı: "Birinci növbədə Azərbaycanın təşkilatçılığını bütün dünyaya göstərdi. Açılışdan tutmuş yarışların keçirildiyi meydanlara qədər. İkinci növbədə təşkilatçılığın məsuliyyəti televziya kanallarının üzərində böyükdür. Çünki,insanların böyük bir qismi TV-lər vasitəsi ilə izləyir. Zənnimcə, bu yarışların yayım hüququnu alan AzTV və İdman Azərbaycan kanalının dünya əhəmiyyətli tədbiri işıqlandırması mühüm addımdır. Təcrübə baxımından da önəmlidir. Bəzən baş verən qüsurları başa düşmək lazımdır. Tədbir bizim ölkəmizdə keçirilir. Uğuru da, qüsuru da bizimdir. O baxımından gələcəkdə keçirilən mühüm tədbirlər üçün vacib addım idi. Texniki təchizat və birbaşa yayımlanan yarışlar yaxşı təşkil olunub. Bu sadəcə başlanğıcdır. Orda çalışan insanların əməyini qiymətləndirmək lazımdır. Ancaq unutmamlıyıq ki, televizya kanallarının üzərinə düşən vəzifələr az deyil. İki amil bu tipli tədbirləri tanıdır. Birincisi təşkilatçılıq. İdman arenalarının müasir standartlara cavab verməsi və idmançıların yerləşdirilməsi,ikincisi idman arenlarından yüksək səviyyədə birbaşa yayımlamaq. Hər ikisi paralel təşkil olunmalıdır. Birinin zəifliyi və ya qüsuru digərinə da təsir edir. Bu cür məsuliyyətli işi yerli kanallara həvalə edilməsi təqdirə layiqdir. Çünki, gələcəkdə ölkəmiz daha iri tədbirlərin keçirilməsində iddialıdır. Öz üzərində çalışmaq və yüksək peşakarlıq bu işin əsas mahiyyətidir. Digər tanınmış kanalların da təcrübəsindən bəhrələnməlidirlər. Gəlin yerli TV-lərimizə işlərində uğurlar arzu edək. Fürsətdən istifadə edib, Azərbaycan xalqını böyük idman tədbiri ilə bağlı təbrik edir, idmançılarımıza uğurlar arzu edirəm".
Jurnalist İlkin Ağayev dedi ki, Azərbaycan kanalları arasında AzTV və İdman Azərbaycan oyunları ən yaxşı işıqlandıran kanallardır. Ümumilikdə digər kanalların da yayımlarını qənaətbəxş hesab etmək olar".

Əli