Köç karvanı Xocavənd kəndinə çatıb, açarlar təqdim edilib - FOTO
Tərbiyə məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələb qoyulur
8 Fevral 2022 11:54
2 933
Azərbaycanda 300 minə şəkərli diabet xəstəsi var.
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva məlumat verib.
"Son 20-30 il ərzində bütün ölkələrdə şəkərli diabet xəstələrinin sayı dayanmadan artır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər idisə, hazırda bu rəqəm 537 milyondur. Statistik məlumatlar göstərir ki, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayının artması müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır", - deyə o əlavə edib.