“Clarivate Analytics” agentliyi AMEA əməkdaşları üçün seminar keçirib Mədəniyyət

“Clarivate Analytics” agentliyi AMEA əməkdaşları üçün seminar keçirib

Mayın 2-3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə "Clarivate Analytics (Thomson Reuters)" agentliyi tərəfindən AMEA-nın elmi müəssisələrinin əməkdaşları üçün ikigünlük seminara keçirilib. Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun baş elmi işçisi, "Biopolymers and Cell" jurnalının redaksiya heyətinin rəhbəri İrina Tixonkovanın məruzəsi dinlənilib. Ukraynalı mütəxəssis akademik bütövlük – yırtıcı jurnallar və onlarla mübarizə üsulları, jurnalların seçilməsi və qiymətləndirilməsi üzrə praktik tövsiyələr, nəşriyyat xərcləri, əlyazmanın tərtibatı, tədqiqatçı və elmi təşkilatın nailiyyətlərinin davamlı təqdimatı, tədqiqat və nəşr dövriyyəsinin əsas mərhələləri, müəllifin, rəyçinin və redaktorun hər bir mərhələdə rolu, nəşriyyat prosesində müəlliflərin ən çox yol verdiyi səhvlər haqqında danışıb. Seminarın ikinci günündə İrina Tixonkova "Müasir elmi jurnallar: atributlar, göstəricilər, məqsəd və perspektivlər" mövzusunda məruzə ilə çıxış edib.