Prezident: Azərbaycanla Türkmənistan müstəqil siyasət apararaq gələcəyə inamla baxır Gündəm

Prezident: Azərbaycanla Türkmənistan müstəqil siyasət apararaq gələcəyə inamla baxır

“Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır”.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü zamanı bildirib.
“Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək”, - dövlət başçısı qeyd edib.