Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
29 Avqust 17:52
2 723
Vladimir Zelenski Ukraynanın öz sərhədlərini geri almaq iqtidarında olmadığını etiraf edib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Kiyevdə mətbuat konfransında bildirib.
"Münaqişənin başa çatması ya hərbi, ya da diplomatik yolla mümkündür, lakin biz anlayırıq ki, bu gün sərhədlərimizi silah gücü ilə bərpa edə bilməyəcəyik, – deyə o bildirib. – Diplomatik yol daha sürətli və daha az itki ilə müşayiət olunur, nəinki müharibə yolu ilə".
Bununla yanaşı, Zelenski danışıqlar prosesinin süni şəkildə uzadılmasına görə Rusiyanı ittiham edib. Onun sözlərinə görə, avqustun 29-da Nyu-Yorkda onun administrasiya rəhbəri Andrey Yermak və ABŞ prezidenti tərəfindən xüsusi nümayəndə təyin olunan Stiven Uitkoff arasında görüş planlaşdırılır və bu görüşdə qarşıdakı danışıqlara hazırlıq müzakirə olunacaq.
Məryəm Quliyeva