“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
27 Noyabr 2025 20:55
5 698
“Ermənistanda son dövrlər hakimiyyətlə Apostol kilsəsi arasında müşahidə edilən qarşıdurma siyasi ziddiyyətləri daha da dərinləşdirib. Baş nazir Nikol Paşinyan ilə Katalikos II Qaragin arasında gərginliyin yeni mərhələyə keçməsi ölkənin ideoloji xəritəsinin yenidən formalaşdırılması cəhdinin göstəricisi kimi dəyərləndirilir”.
Bunu millət vəkili Günay Ağamalı Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.
Onun fikrincə, Apostol kilsəsi uzun illər ərzində erməni milliyyətçiliyinin və şovinist ideologiyasının əsas beyin mərkəzi kimi çıxış edib: “Azərbaycan və Türkiyə ilə münasibətlərin gərgin saxlanmasında da kilsənin destruktiv və manipulyativ təsiri mühüm rol oynayıb. Buna görə də Azərbaycanla münasibətləri normallaşdırmağa çalışan Paşinyanla kilsə arasında qarşıdurmanın dərinləşməsi tamamilə gözlənilən idi.
Deputat qeyd edib ki, 44 günlük müharibədən sonra Paşinyan Ermənistanda daxili siyasi dayaqlarını gücləndirməyə çalışır və bu proses ölkə daxilində dərin struktur-ideoloji transformasiya ilə müşahidə olunur. Paşinyan cəmiyyətdə revanşist və manipulyativ təsirə malik olan kilsənin fəaliyyətini nəzarət altına almağa çalışır. Çünki Katalikos Qaragin və onun ətrafındakı dini çevrələr bir neçə mərkəzdən təlimatlar alır və qarşıdakı parlament seçkiləri ərəfəsində müxtəlif mənfi ssenarilər mümkündür.
Ermənistan hakimiyyəti ardıcıl addımlar və tutarlı arqumentlərlə kilsənin siyasi proseslərdəki rolunu minimallaşdırmağa çalışır. Deputat hesab edir ki, hazırkı dinamika davam edərsə, kilsənin erməni cəmiyyəti üzərindəki təsir gücü ciddi şəkildə zəifləyəcək”.
Günel Elxan
9 Yanvar 22:15
1 939
9 Yanvar 22:05
1 946
9 Yanvar 21:59
2 135