"Hücum yəhudilərə qarşı məqsədyönlü zorakılıq aktıdır" Gündəm

"Hücum yəhudilərə qarşı məqsədyönlü zorakılıq aktıdır"

Avstraliyada Hanukka bayramı zamanı yəhudilərə qarşı hücum yəhudi icmasına və ümumilikdə yəhudilərə qarşı məqsədyönlü zorakılıq aktıdır.

Bunu xalqcebhesi.az-a israilli ictimai xadim, “Yerusəlimin əli” təşkilatının rəhbəri, lobbist Baruh Leviev deyib.

O, qeyd edib ki, dünyadakı yəhudilər uzun müddətdir ki, İran və ona bağlı radikal strukturlar da daxil olmaqla, İsraili və yəhudiləri bir xalq olaraq məhv etməyə çağıran açıq şəkildə səslənən birbaşa təhdidlər altında yaşayırlar:

"Bu cür ritorika illər boyu cəzasız qalanda sözdən kənara çıxır. Ümid edirəm ki, Avstraliya rəhbərliyi sadəcə bəyanatlardan kənara çıxaraq qətiyyətli addımlar atacaq və radikallaşmanın ən çox aşkar olduğu mənbələrə, o cümlədən İranla əlaqəyə müraciət etməkdən çəkinməyəcək".

Xatırladaq ki, dekabrın 14-də Sidneydə baş verən terror hücumunda ölənlərin sayı 15-ə çatıb.

Yeni Cənubi Uels səhiyyə naziri Rayan Park açıqlama verib:

"Ölən 15 nəfərdən biri xəstəxanada ölən bir uşaqdır. Bu, bütövlükdə icmamız, bütün avstraliyalılar üçün, xüsusilə yəhudi icması üçün xüsusilə dəhşətlidir".

Nazir atışmada yaralananlardan dördünün uşaq xəstəxanasına köçürüldüyünü bildirib.

Cavid