10:56
700
İsrailin baş naziri Benyamin Netanyahu İranla bağlı açıqlamalar verib. Gərginliyi artıran bəyanatında o bildirib ki, “Bizə hücum edən hər kəs dözülməz nəticələrlə üzləşəcək.”
Xalqcebhesi.az xəbər verir ki, Netanyahu bu fikirləri İsrail Parlamentinin (Knesset) yaradılmasının 77-ci ildönümü münasibətilə etdiyi çıxışda səsləndirib. İran mövzusuna toxunan baş nazir qarşıda hələ çox çətinlik və sınaqların olduğunu qeyd edib.
“İstənilən inkişaf qarşısında ayıq-sayıq və hazırlıqlıyıq. Bizə hücum edən hər kəs dözülməz nəticələrlə üzləşəcək,” – deyə Netanyahu vurğulayıb.
Məryəm Quliyeva