09:58
1 246
ABŞ-ın İraqdakı səfirliyi öz vətəndaşlarını dərhal bu ölkəni tərk etməyə, həmçinin Bağdaddakı diplomatik nümayəndəliyin və Ərbildəki konsulluğun yerləşdiyi ərazilərə getməkdən çəkinməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə səfirliyin saytında məlumat verilib.
"ABŞ vətəndaşları İraqı dərhal tərk etməlidirlər. Davam edən təhlükəsizlik təhdidləri ilə əlaqədar Bağdaddakı səfirliyi və ya Ərbildəki konsulluğu ziyarət etməyə cəhd göstərmək olmaz", — deyə səfirlikdən bildirilib.
Həmçinin diplomatik nümayəndəlik ABŞ vətəndaşlarını İraqa hər hansı səfərlərdən çəkinməyə çağırıb. Səfirlik qeyd edib ki, diplomatik korpusun yerləşdiyi ərazi müxtəlif terror qruplaşmaları tərəfindən dəfələrlə hücumlara məruz qalıb.
Məryəm Quliyeva