Azərbaycan bu il 10-dan çox ölkəyə 2 mln. tondan artıq neft ixrac edib - SİYAHI
İsrail "Bəsic" qüvvələrinin komandirini məhv etdiyini açıqlayıb
Dövlət şirkətlərinin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşir
Vyanada dələduzluqla mübarizə üzrə qlobal sammit işə başlayıb
“Rusiyanın müvafiq dövlət orqanları ilə iş aparılmalıdır”-millət vəkili
11:33
1 106
ABŞ və İsrailin günahı üzündən Hörmüz boğazı artıq əvvəlki kimi istifadə edilə bilməz.
Xalqcebhesi.az "SNN" telekanalına istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bəyanat yayıb.
«Boğaz hazırda bağlıdır. Biz onu bağlamaq istəmirdik, lakin o, bağlıdır. Hörmüz boğazı artıq əvvəlki kimi ola bilməz və əvvəlki şəraitinə qayıtmayacaq», — deyə o bildirib.
Bundan əvvəl İran hərbçilərinin Hörmüz boğazında bir gəmiyə zərbə endirdiyi məlum olmuşdu.
SEPAH komandanının müşaviri İbrahim Cabbari qeyd edib ki, boğazdan keçməyə cəhd edən istənilən gəmi yandırılacaq. O əlavə edib ki, İran, həmçinin zərurət yaranacağı təqdirdə Yaxın Şərqdəki bütün boru kəmərlərinə zərbələr endirməyə və regiondan neft ixracını bloklamağa hazırdır.
Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar Norveçin energetika naziri Terye Osland ehtimal edib ki, Avropa İttifaqı ölkələri Rusiya neft və qazının tədarükü ilə bağlı müzakirələri yenidən bərpa edə bilərlər.
Məryəm Quliyeva