İsrailin Livana zərbələri nəticəsində 900-ə yaxın dinc sakin həlak olub Dünya

İsrailin Livana zərbələri nəticəsində 900-ə yaxın dinc sakin həlak olub

İsrailin Livana qarşı 2 martda başlayan intensiv hava hücumları nəticəsində ölənlərin sayı 886-ya çatıb.

Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə aviazərbələr nəticəsində 2141 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həlak olanlar arasında 111 uşaq və 67 qadın var.