İsmail Kartal yenidən “Fənərbaxça”nın baş məşqçisi təyin olunub
Regional əlaqələrin gücləndirilməsində dövlət-özəl tərəfdaşlığının roluna dair sessiya keçirilib
Pakistanın Baş naziri vasitəçi qismində ABŞ və İranın memorandumunu imzalayıb
NATO çəkindirməni gücləndirmək üçün nüvə potensialını modernləşdirəcək
17 Mart 08:21
2 212
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
APA xəbər verir ki, Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar, Xocavənd rayonunun Xocavənd, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndlərinə növbəti köç karvanı yola salınıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə (13 nəfər), Aşağı Oratağ kəndinə 21 ailə (108 nəfər), Heyvalı kəndinə 7 ailə (34 nəfər), Çapar kəndinə 4 ailə (17 nəfər), Həsənriz kəndinə 6 ailə (29 nəfər), Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə (36 nəfər), həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə (131 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhat olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.





