10:03
679
Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin dəyəri artmaqda davam edib.
“APA-Economics”in CoinMarketCap istinadən verdiyi məlumata görə, bazarın aparıcı kriptovalyutası olan "Bitcoin"in (BTC) qiyməti son 24 saatda 0,43% artaraq 74 126,37 dollara çatıb. Son 7 gündə isə BTC-nin qiyməti 5,62% yüksəlib, bazar dəyəri 1,48 trilyon dollar səviyyəsində qərarlaşıb.
Etherium (ETH) üzrə isə daha yüksək artım müşahidə olunub. Son 24 saatda ETH-nin qiyməti 1,94% artaraq 2 307,28 dollara yüksəlib. Həftəlik ifadədə artım 12,66% təşkil edib.
İlk onluqda yer alan digər aktivlər arasında BNB-nin qiyməti son sutkada 1,33% azalıb və 674,47 dollar olub. "Bitcoin Cash" 0,39%, "Monero" isə 2,64% bahalaşıb.
Qızıl dəstəkli rəqəmsal aktivlərdə isə zəif dəyişiklik qeydə alınıb. PAX Gold-un qiyməti 0,36% artaraq 5 022,30 dollara, Tether Gold-un qiyməti isə 0,31% artaraq 4 993,91 dollara yüksəlib.
Daha yüksək həftəlik artım göstərən aktivlər arasında Bittensor diqqət çəkib. TAO-nun qiyməti son 7 gündə 42,18%, Zcash-ın qiyməti isə 20,41% artıb.
Analitiklərə görə, bazarda sutkalıq artım əsasən risk iştahasının qismən bərpası, qlobal maliyyə bazarlarında sabitləşmə siqnalları və institusional investor marağının yenidən artması ilə bağlıdır. Eyni zamanda, bəzi altkoinlərdə geriləmə mənfəət realizasiyası və investorların portfel balanslaşdırması ilə izah olunur.