Gürcüstan Patriarxı xəstəxanaya yerləşdirilib Dünya

Gürcüstan Patriarxı xəstəxanaya yerləşdirilib

Gürcüstan Patriarxı II İliya səhhətindəki problemlərlə bağlı olaraq xəstəxanaya yerləşdirilib.

APA-nın yerli bürosu xəbər verir ki, onun vəziyyəti ağır qiymətləndirilir.

Xəstəxanadan bildirilib ki, patriarx mədə qanaxması ilə daxil olub və müvafiq tibbi-diaqnostik prosedurlar həyata keçirilib. Onun müalicəsi intensiv terapiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, II İliyanın 93 yaşı var. O, 1977-ci ildən Gürcüstanın Katalikos-Patriarxıdır.