Bolqarıstan Ukraynaya silah satışını dayandırmır​​​​​​​ Gündəm

Bolqarıstan Ukraynaya silah satışını dayandırmır​​​​​​​

Bolqarıstan hökuməti Ukraynaya Bolqarıstan istehsalı olan silahların kommersiya məqsədli tədarükünü məhdudlaşdırmaq niyyətində deyil.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublikanın müdafiə naziri Dimıtr Stoyanov "BTV" telekanalına müsahibəsində bildirib.

"Bolqarıstan ordu anbarlarından Ukraynaya silah və sursat verməyəcək, lakin Bolqarıstan sənayesinin satışlarını dayandırmayacaq. Bolqarıstan sənayesinin satış edib-etməyəcəyi onun öz qərarı olacaq, Müdafiə Nazirliyinin yox", — deyə nazir bildirib.

Bununla da Stoyanov mətbuat konfransındakı çıxışına düzəliş edib. O, həmin konfransda Kiyevə daha çox silah verməyi planlaşdırmadığını bəyan etmişdi.

Baş nazir Rumen Radev isə Nazirlər Kabinetinin iclasında bu məsələni qaldıraraq vurğulayıb ki, "hökumət Bolqarıstan ordusunun silahlarının Ukraynaya verilməsini dayandırıb". "Biz artıq kifayət qədər vermişik", — deyə Radev əlavə edib. O, "münaqişənin dinc yolla həllinə hərbi vasitələrlə nail olmağın qeyri-mümkün olduğuna" əminliyini ifadə edib və diplomatik həll yolu axtarmağa çağırıb.

Məryəm Quliyeva