Bütün Qafqazın Şeyxi Özbəkistan Prezidenti tərəfindən ali mükafata layiq görülüb
Diplomatların peşə bayramı münasibətilə Gülüstan sarayında rəsmi qəbul keçirilib - FOTO
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir
10 İyun 12:23
2 548
Avropa İttifaqı Gürcüstandan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi tələb edir, əgər respublika Aİ ilə vizasız gediş-gəliş rejimini saxlamaq istəyirsə.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məlumat verib.
"Onlar (Aİ) bizə deyirlər ki, əgər vizasız gediş-gəliş istəyiriksə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyik, yəni intiharla məşğul olmalıyıq. Əgər biz özümüzü məhv edib dağıtsaq, Avropa İttifaqına vizasız kim gedəcək? Qoy bunu bizə izah etsinlər. Onlar Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə bizdən öz ölkəmizi dağıtmağı və Avropa İttifaqının viza siyasətinə yaxınlaşmağı xahiş edirlər. Brüsselin vizanı siyasi silaha çevirmək istəməsinə baxmayaraq, biz ölkəni dağıtmayacağıq", — deyə Papuaşvili bildirib.
Məryəm Quliyeva