Netanyahu Trampa Livandan qoşunlarını çıxarmayacağını bildirib Gündəm

Netanyahu Trampa Livandan qoşunlarını çıxarmayacağını bildirib

İsrailin Baş naziri Benyamin Netanyahu amerikalı lider Donald Trampa İsrailin qoşunlarını Livandan çıxarmayacağını və ABŞ-nin İranla sazişindəki "Livan bəndini" yerinə yetirməyə özünü borclu hesab etmədiyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadən "Ynet" portalı məlumat yayıb.

Portalın məlumatına görə, Netanyahu "aydın şəkildə bildirib" ki, İsrail Müdafiə Ordusu (SAXAL) hazırda Livanda tutduğu mövqelərdə qalacaq və şiə hərəkatı "Hizbullah" tərəfindən gələn təhdidlərə qarşı hərəkətlərini, o cümlədən "terror infrastrukturunun məhv edilməsini və İsrailə qarşı hər hansı hücumlara cavab verilməsini" davam etdirəcək.

Məryəm Quliyeva