“Bu məsələlərin Ermənistan tərəfindən həll olunması lazımdır” Gündəm

“Bu məsələlərin Ermənistan tərəfindən həll olunması lazımdır”

“Ermənistanın əvvəlki rəhbərliyi Sarkisyan və Köçəryan cütlüyü Azərbaycan xalqına, dövlətinə qarşı ağır cinayət işləmiş şəxslərdirlər, müharibə caniləridir. Ona görə də cəzalanmalıdırlar və təəssüflər olsun ki, onlar hələ də layiq olduqları cəzanı almayıblar”.

Bunu xalqcebhesi.az-a “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

M.Göyüşlü vurğulayıb ki, Ermənistanın indiki hökuməti bu məsələni ciddi düşünməlidir: “Sülhə gedən yolda, qarşılıqlı etmimada gedən yolda bu məsələ çox mühüm bir məsələdir. Məsələ Azərbaycan üçün də önəm daşıyır. Təəssüf ki, hazırkı rəhbərlik bu məsələlərə o qədər də ciddi yanaşmır və hətta bir sıra addımlarında, davranışlarında sanki əvvəlki Sarkisyan-Köçəryan cinayətkar cütlüyünün hansısa məqamlarda davranışlarını təkrarlayır. Ona görə də hesab edirəm ki, bunlar çox ciddi məsələlərdir. Bu məsələlərin Ermənistan tərəfindən həll olunması lazımdır”.

Röya İsrafilova