Yanvar-mart aylarında Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb İqtisadiyyat

Yanvar-mart aylarında Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb

Türkiyə 2024-cü ilin yanvar-mart aylarında İrana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 140 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin mart ayında Türkiyənin İrana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,3 faiz azalaraq, 39 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-mart aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıraraq 8 milyard dollara çatdırıb.
2024-cü ilin mart ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5,7 faiz artaraq, 3 milyard dollara bərabər olub.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2023) Türkiyə 31,1 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.