"Xarici ticarət dövriyyəsi azalıb" İqtisadiyyat

"Xarici ticarət dövriyyəsi azalıb"

"2024-cü ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 428 milyon dollar olub. İxracatımız 3 milyard 981 milyon, idxalımız isə 2 milyard 446 milyon dollardır". Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib: "Bu müddətdə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 23,5 faiz, real ifadədə 15,0 faiz, o cümlədən idxal 19,9 faiz, ixrac isə 12,7 faiz azalıb. Qeyd edək ki, qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 36,9 faiz azalaraq 455,0 milyon dollar təşkil edib".