BMT ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda 5 ildə 122 mln. dollar vəsait xərclənib İqtisadiyyat

BMT ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda 5 ildə 122 mln. dollar vəsait xərclənib

Azərbaycanda BMT ilə əməkdaşlığa dair 2021-2025-ci illəri əhatə edən Çərçivə Sənədi üzrə 121,8 milyon ABŞ dolları həcmində vəsait xərclənib.

Sözügedən vəsaitlər ölkədə 5 prioritet sahə üçün sərf edilib.

Belə ki, sözügedən vəsaitlərin 33,7 milyon manatı ölkədə həssaslığı azaldan və dayanıqlılığı artıran inklüziv artım, 72,7 milyon manatı dövlət və sosial xidmətlərin daha yaxşı təqdim olunması üçün daha güclü institutların formalaşdırılması, 11,1 milyon manatı ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri ilə mübarizə, 4,2 milyon manatı isə gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması sahələrinə xərclənib.