16:28
1 057
İran ABŞ və İsrail ilə müharibə hələ bitmədiyi üçün Hörmüz boğazına nəzarət edir, Tehran müharibə başa çatdıqdan sonra onu açacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TASS" agentliyinə İslam Respublikasının Ali Rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi bəyanat verib.
"Müharibə hələ bitmədiyi üçün İran Hörmüz boğazına nəzarət edir, lakin əminəm ki, müharibədən sonra bura açılacaq və ölkələr bundan faydalanacaqlar", — deyə o bildirib. İlahi vurğulayıb ki, "İran Hörmüz boğazına görə dünyada münaqişə və ya böhran yaratmaq istəmir. Biz bütün ölkələrlə yaxşı münasibətlər, daha doğrusu, dostluq saxlamaq istəyirik".
Məryəm Quliyeva