Dəmir yolları yenidən qurulmalıdır İqtisadiyyat

Dəmir yolları yenidən qurulmalıdır

Fransa şirkəti Azərbaycanın lokomotiv parkını yeniləyəcək
Bakıdan Sumqayıta, Gəncəyə, Qazaxa, Şamaxıya sürətli qatarlar üçün dəmir yolları salına bilər

Tərlan

Azərbaycan dəmir yollarının yenidən qurulması proqramı çərçivəsində dünən Azərbaycan Dəmir Yolları QSC ilə Fransanın "Alstom" şirkəti arasında yeni lokomotivlərin alınmasına dair müqavilə imzalanıb. Həqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, dəmir yollarının yenidən qurulması böyük layihədir: "Bu layihənin bütün komponentləri üzrə gələcək üçün geniş imkanlar mövcuddur. Eyni zamanda Azərbaycan dəmir yollarının, onların texniki heyrətlərinə dair müzakirələrin aparılması, bu layihənin həyata keçirilməsinə yardım edəcək. Bu sahədə Fransa şirkətləri ilə danışıqların bir qismi artıq yekunlaşıb. Ümumiyyətlə, dəmir yollarının yenidən qurulması proqramı çərçivəsində dəmir yollarının tam infrastrukturu yeniləşdiriləcək, yol örtüyünü yenidən qurulması, rabitə enerji sisteminin, siqnalizasiya və işarə vermə sisteminin yenidən qurulması nəzərdə tutulub".
Həqliyyat sistemindəki problemlərin kökündə o durur ki, konkret məqsədlərə nail olmaq üçün sahəvi proqramlar yoxdur. Elə bunun nəticəsidir ki, inkişaf kosmetik xarakter daşıyır. Çox zaman tikmək əvəzinə köhnəni də sökməyə canla-başla girişirlər. Hətta elektrik qatarlarının hərəkət etdiyi dəmir yolu xətlərini də sökdülər. Guya son illər ərzində Bakı-Abşeron sahəsinin dairəvi elektrik xətti üzrə elektrik qatarlarında sərnişin daşımanın həcmi tam düşüb və sərnişin daşınmasından, demək olar ki, gəlir əldə olunmayıb. Bir sözlə, Bakı kəndləri ən ucuz nəqliyyat vasitəsi olan "elektriçkalar"dan yararlana bilmir. İnkişaf etmiş ölkələrdə, Avropada elektriklə işləyən nəqliyyata üstünlük verildiyi halda Azərbaycanda avtobus parkını genişləndirdilər. İndi də iri tutumlu avtobuslar paytaxtda ciddi problemlər yaradırlar. Məsələ ondadır ki, elektriklə işləyən nəqliyyat ekologiyanı korlamır, havanı zəhərləmir, ucuzdur, daha təhlükəsizdir və daha dəqiq işləyir. Bizdə bunu nəzərə almamaqla yanaşı ölkəyə gətirdikləri iri tutumlu avtobusları Bakı kəndlərinə marşurutlara yerləşdirdilər. İndi də deyirlər ki, iri avtobusları xətlərdən yığışdırıb yenidən kiçik tutumlu avtobuslara keçmək lazımdır. Hələ üstəlik sərnişin nəqliyyatında bir pərakəndəlik, xaos hökm da sürür. Hökumətin aydın və peşəkar nəqliyyat siyasəti yoxdur. Ölkə yollarının vəziyyəti, sərnişinlərə yarıtmaz xidmət, avtombillərin yararsızlığı və s. göz önündədir. Bunların nəticəsidir ki, bəzən məmurlar subyektiv yanaşmalar əsasında qərarlar qəbul edirlər. Məsələn, bir qərarla paytaxtda tramvay-trelleybus nəqliyyatını yerli-dibli yoxa çıxardılar...
Paytaxtda çox ciddi nəqliyyat problemi yaranıb və hökumət ondan heç cür çıxış yolu tapa bilmir. Həm sıxlıqdır, həm də ekoloji durum kritik həddə çatıb. İnkişaf etmiş ölkələr tramvay parklarını genişləndirdikləri bir vaxtda, Azərbaycan ondan imtina etdi. Bu gün Paris, Strasburq, Brüssel, Moskva, London, İstanbul, İzmir və s. kimi böyük şəhərləri metro və tramvaysız necə təsəvvür etmək olar? Çünki bu, dünyada ən təhlükəsiz, ucuz və ekoloji təmiz nəqliyyat növüdür. Tramvay, qatar ekektrik enerjisiylə işlədiyindən yanacaq yandırmır, buna görə ətraf mühiti, havanı də çirkləndirmir. Deməli, Bakıda bunun əksinə siyasət aparıblar: nəticədə sərnişin nəqliyyatında xaos yaranıb, şəhərdə çirkli hava insanları zəhərləyir, sərnişinlərə xidmət səviyyəsi acınacaqlı haldadır.
Amma hələ çıxış yolu var: Bakıda yenidən tramvay xətlərinin salınmasına və bu nəqliyyat növünün bərpasına ciddi ehtiyac duyulur. Yuxarıda sadaladığımız problemlərin həllində bu, mühüm addım ola bilər. Bunun üçün kifayət qədər maliyyə mənbələri də var. Heft Fondunun gəlirləri hesabına bu sahəyə 300-500 milyon dollar yönəltmək olar. Hələ başqa qeyri-aktual layihələrə yönəldilən böyük pulları demirik. Yarım milyard dolları elə elektrik nəqliyyatına yönəltmək olardı. Həqliyyat Hazirliyi diqqətini məhz tramvay, metro kimi ekloji təmiz və müasir nəqliyyat sahələrinin inkişafına yönəltsə, daha məqsədəuyğun olar. Hətta Bakının hər birinin rayonuna, iri yaşayış məntəqələrinə, Binəqədiyə, Günəşliyə, "Koroğlu" metrostansiyasından aeroporta və s. yeni metro stansiyanın tikilməsi daha məğbul variant deyilmi? Habelə Bakıdan Sumqayıta, Gəncəyə, Qazaxa, Şamaxıya sürətli qatarlar üçün dəmir yolu salmaq vacibdir. Bu həm ekoloji baxımdan sərfəlidir, həm də sərnişinlər daha tez - 1-2 saata mənzil başına çatdırıla bilər. Ona görə də, paytaxtda yeni metro stansiyalarının, regionlara sürətli qatarlar üçün dəmir yolu xətlərinin tikintisi layihələri hazırlanmalı və həyata keçirilməlidir. Bütün bunlar bir neçə milyard dollara başa gəlsə belə, Azərbaycan üçün daha önəmli və gələcəyi olan işlərdir. Amma Xəzər dənizinin ortasında əhəmiyyətsiz nöqtələri birləşdirən körpünün salınması məğbul sayıla bilməz. Çünki bir qədər sonra həmin layihəyə böyük pulların əhəmiyyətsiz yerə sərf olunacağı üzə çıxacaq...
Hər halda müəyyən planlar da var. Məsələn, Bakıda həyata keçirilən "Ağ şəhər" layihəsi çərçivəsində paytaxtda tramvay nəqliyyatının da bərpa olunacağı gözlənilir. Lakin tramvaylar şəhərin mərkəzi yerlərini deyil, yalnız bulvar zolağını əhatə edəcək.