Avropada təbii qaz 3% bahalaşıb İqtisadiyyat

Avropada təbii qaz 3% bahalaşıb

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 468 ABŞ dollarına yaxınlaşıb.

“APA-Economics” xəbər verir ki, 17 iyun tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 467,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (453,9 dollar) ilə müqayisədə 3% çoxdur.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.