İsrail Müdafiə naziri: İranla danışıqlar aparmırıq Dünya

İsrail Müdafiə naziri: İranla danışıqlar aparmırıq

İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail İranla münaqişənin həlli ilə bağlı heç bir danışıqlar aparmır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

“Biz heç bir danışıqlar aparmırıq, İsrail vətəndaşlarına zərər verilməsinə imkan verməyəcəyik,” – deyə Müdafiə naziri vurğulayıb.

Bundan əvvəl məlumat verilmişdi ki, İran Qətər və Omandan olan vasitəçilərə bildirib: əgər onun ərazisinə İsrail tərəfindən hücumlar davam edərsə, atəşkəslə bağlı heç bir danışıqlar aparılmayacaq.

Məryəm Quliyeva