

17 İyun 16:52
17 İyun 14:43
17 İyun 10:37
İyunun 17-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.70% – 42,215.80 bəndədək, S&P 500 indeksi 0.84% – 5,982.72 bəndədək, Nasdaq indeksi isə 0.91% – 19,521.09 bəndədək azalıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyunun 17-də FTSE 100 indeksi 0.46% – 8,834.03 bəndədək, Almaniyanın DAX indeksi 1.12% – 23,434.65 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.76% – 7,683.73 bəndədək enib.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi isə 0.23% artaraq 1.1506 dollar təşkil edib.
Analitiklər qeyd edirlər ki, ABŞ və Avropa birjalarında eniş bir neçə faktorla bağlıdır. Buna ABŞ-dakı iqtisadi və siyasi qeyri-müəyyənlik (Fed, ticarət gərginliyi, zəif makro göstəricilər), geosiyasi risklərin yüksəlməsi (İsrail-İran konflikti, ABŞ-ın müdaxilə ehtimalı), dolların güclənməsi və investor davranışlarının “təhlükəsiz limanlara” yönəlməsi kimi amillər təsir edir.