

17 İyun 16:52
17 İyun 14:43
17 İyun 10:37
İranın İsrailin hücumları qarşısında özünü müdafiə etməsi son dərəcə təbii, qanuni və hüquqidir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“İsrail Livana, Suriyaya, Yəmənə hücum elədi. Hər gün mülki şəxslərə hücum edir, günahsız insanları öldürür. Sanki bunlar az imiş kimi, İsrail indi də İrana hücum edir”, - Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti beynəlxalq təşkilatları İsrailin hücumlarına qarşı səssiz qalmaqda ittiham edib.
“Bu hücumların Türkiyəyə mümkün təsirləri ilə bağlı bütün qurumlarımız ayıq-sayıq vəziyyətdədir. Hər cür ssenariyə hazırlaşmışıq. Bunu hamı bilməlidir: biz ərzaq dükanı işlətmirik. Dünyanın ən böyük ölkələrindən biri olan Türkiyə Respublikasını idarə edirik”, - Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, Türkiyə zorakılığın və zülmün tərəfində deyil, həqiqətin, ədalətin, dialoqun və diplomatiyanın tərəfindədir: “Bu anlayışla biz iyunun 13-dən təcavüzə son qoymaq üçün intensiv diplomatik səylər göstəririk. Cənab Tramp və cənab Pezeşkiyanla iki dəfə telefon danışığı aparmışıq. Bütün qardaş ölkələrin rəhbərləri ilə oxşar telefon danışıqlarımız olub. Biz bu məsələni cənab Putinlə də dəyərləndirmişik. Digər dostlarımız da həmkarları ilə daim əlaqə saxlayırlar. Silahları susdurmaq üçün lazım olan hər şeyi edirik”.