“Savaşın dayanması hələ real görünmür”
1 Dekabr 22:10
1 Dekabr 22:10
1 Dekabr 22:09
1 Dekabr 22:07
1 Dekabr 22:04
17 Oktyabr 14:24
1 764
Gələcəkdə Şahbuz rayonunun Kükü və Ordubad rayonunun Pəzməri kəndlərində müvafiq turizm infrastrukturunun yaradılması planlaşdırılır.
Bu barədə "Report"un yerli bürosuna açıqlamasında Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov məlumat verib.
Onun sözlərinə görə, Naxçıvanda turizmin bütün növlərinin inkişafı üçün geniş imkanlar var mövcuddur:
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində turizm sektorunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət Proqramı çərçivəsində Naxçıvanda iki turistik kəndin seçilməsi istiqamətində işlər görülüb.
Müxtəlif kəndlərə baxış keçirilərək Şahbuz rayonunun Kükü və Ordubad rayonunun Pəzməri kəndləri ilkin mərhələdə turistik kənd olaraq müəyyənləşdirilib. Gələcəkdə bu kəndlərdə müvafiq turizm infrastrukturunun yaradılması planlaşdırılır".
1 Dekabr 17:48
1 120
1 Dekabr 16:49
1 372
1 Dekabr 15:31
1 442