Həlak olmuş iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub
Emin Əmrullayev Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb
DTX rəisi: Qlobal və regional gərginliklərə baxmayaraq, ölkədə siyasi sabitlik qorunub saxlanılıb
TAP ilə Azərbaycandan Yunanıstana indiyədək ixrac olunan qazın həcmi açıqlanıb
2 Fevral 15:35
2 352
Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir. Dəyişikliyə əsasən raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:
- idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;
- idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.
Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.